Azərbaycan banklarının Mərkəzi Bankdakı vəsaitləri bu il 51% azalıb
Bakı/29.03.22/Turan: Bu il martın 1-nə Azərbaycan banklarının Mərkəzi Bankdakı (AMB) vəsaitləri onların aktivlərinin 9,2%-i qədər - 3,55 milyard manat təşkil edib.Tənzimləyici qurumun açıqladığı bank icmalına əsasən, bu, fevralın 1-i ilə müqayisədə 2,6% azdır.Bankların AMB-dəki vəsaitləri yanvarın 1-nə nisbətən 50,8% azalıb, son 1 ildə isə 35% artıb. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz