Azərbaycanın 9 aylıq tədiyyə balansında 2 milyar dollardan çox müsbət saldo var
Bakı/10.12.21/Turan: Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansı göstəricilərini açıqlayıb.9 aylıq tədiyyə balansında 2 437 milyon ABŞ dolları müsbət saldo var. Ötən ilin eyni dövründə 1 803,7 milyon dollar mənfi saldo yaranmışdı.Hesabat dövründə tədiyyə balansına əsasən qlobal əmtəə (əsasən neft) bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımı təsir edib. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz