Azərbaycanın kredit ittifaqları aktivlərini 10% azaldıb
Bakı/27.07.23/Turan: 2023-cü ilin iyunun sonuna Azərbaycanın kredit ittifaqları 13,1 milyon manatlıq aktivlərə malik olub.Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı kredit ittifaqı icmalında bildirilir.Sənədə əsasən, bu, martın sonu ilə müqayisədə eynidir.Kredit ittifaqlarının aktivləri ötən ilin sonuna nisbətən 2,2%, son 1 ildə isə 10,3% azalıb.Kredit ittifaqlarının maliyyə göstəriciləri rübdə bir dəfə açıqlanır. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz