Bank Respublika kartları qazandırmağa davam edir!
Yarandığı gündən etibarən müştərilərinə daim faydalı və sərfəli bank məhsulları təqdim edən Bank Respublika, daha bir uğura imza atıb. Belə ki, Bankın həyata keçirdiyi loyallıq proqramı çərçivəsində, kart müştərilərinin qazandığı bonus 100 min manatı keçib.
Hazırda 400-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində "Bank Respublika"ın istənilən kartları ilə edilən ödənişlər zamanı kart sahibləri müəyyən həcmdə BONUS qazanırlar. Bankın əməkdaşlıq etdiyi partnyor şəbəkəsində istənilən sektordan - supermarket, geyim, ev əşyaları, parfümeriya, texnika, turizm, səhiyyə, avto və digər tərəfdaşları tapmaq mümkündür.
Ölkəmizdə müştərilər üçün tətbiq edilən ilk loyallıq proqramlarından biri olmaqla yanaşı, Bankın həyata keçirdiyi bonus layihəsi respublikamızda nağdsız ödənişlərin aparılmasının stimullaşdırılmasına da böyük dəstək verir.
Mobil Şöbə əlavəsini yararlanaraq Siz, Bankın bonus layihəsi çərçivəsində əməkdaşlıq etdiyi partnyor mağaza və xidmət mərkəzlərinin siyahısını əldə edə bilər, eləcə də, banka gəlmədən öz kart hesabınızı idarə edərək istənilən bank əməliyyatını həyata keçirə bilərsiniz.
Əgər Siz də ödəniş edərkən bonuslar qazanmaq istəyirsinizsə, o zaman elə indicə banka gəlmədən Bank Respublika kartlarını online sifariş edin.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
-
- Siyasət
- 21 Fevral 2019 16:07
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz