“Bank Respublika”nın xalis faiz mənfəəti 62%-dən çox artıb
Bakı, 25 aprel 2022. Bu il 30-cu ildönümünü qeyd edən Bank Respublika, 2022-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
“1 aprel 2022-ci il tarixinə bankın aktivləri 1,25 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14% artaraq 99,4 milyon manat olmuş və minimum məcmu kapital normasını təqribən 2 dəfə üstələmişdir.
“2021-ci ilin birinci rübü illə müqayisədə Bankın xalis faiz mənfəəti 62% artaraq 18,4 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 5,7 milyon manata, xalis mənfəəti isə 6,04 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Hesabata əsasən, ötən illə müqayisədə Bankın kredit portfeli 60,4% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Diqqət çəkən məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 0,8% təşkil etmişdir. Martın sonuna bankın depozit portfeli 774,9 milyon manat təşkil edib ki, bu da müştərilərin banka olan yüksək inamını və loyallığını bir daha təsdiqləyir.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,29%, məcmu kapitalın adekvatlıq əmsalı isə 11,83% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,2 dəfə çoxdur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz