Daha bir dünya brendi Bank Respublikasını seçdi
Bakı, 22 oktyabr 2019.
Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika və Uber əməkdaşlığa başlayıblar. Bu saziş Uberin ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.
Əməkdaşlıq sayəsində Uber istifadəçiləri taksi xidmətindən daha sərfəli qiymətlərlə istifadə edə biləcək , Uber-ə qoşulan sürücülər daha sərfəli maliyyə həlləri əldə edəcəklər.
"Biz, ölkəmizdə də çox məşhur dünya brendi olan Uber taksi xidməti ilə əməkdaşdığa başlamaqdan məmnunuq. "Bank Respublika"nın maliyyə həlləri nəticəsində həm istifadəçilər, həm də Uber xidmətinin sifarişlərini yerinə yetirən sürücülər qazanacaq " - deyə, bankın İdarə Heyətinin sədr müavini Aslan Abasov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.®
-
- Cəmiyyət
- 21 Oktyabr 2019 21:48
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz