Eldar Qəribovun “Unibank”da payı 94%-i keçib
Bakı/01.06.23/Turan: “Unibank” 2022-ci ilin yekunları ilə bağlı auditdən keçmiş maliyyə hesabatını açıqlayıb.Sənədə əsasən, ötən il bankın Müşahidə Şurasının sədri Eldar Qəribovun payı 86,7%-dən 94,1%-ə yüksəlib.Bunun üçün o, kredit təşkilatında 7,3% pay sahibi olan Lüksemburqun “Canley Fınance SA” şirkətinin payını, eləcə digər səhmdarlardan 0,1% pay alıb. Hazırda minoritar səhmdarlar “Unibank”da 5,9% paya malikdir. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz