“Ferrum Kapital”ın istiqrazları listinqdən xaric olub
Bakı/26.01.23/Turan: "Bakı Fond Birjası"nın (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” şirkətinin 5 milyon manatlıq istiqrazları delistinq edilib.Bu barədə BFB məlumat yayıb.Məlumatda deyilir ki, delistinqə səbəb qiymətli kağızların tədavül müddətinin bitməsidir. Nominal dəyəri 1 000 manatdan 5 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz 1 il tədavüldə olub. Onların illik gəlirliliyi 11,5% təşkil edib. -0-
-
- Maliyyə
- 26 Yanvar 2023 14:48
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz