“Paşabank”ın törəməsinin istiqrazları listinqdən xaric olub
Bakı/23.12.22/Turan: "Bakı Fond Birjası"nın (BFB) Listinq Komitəsinin qərarı ilə “Paşabank”ın Türkiyədəki törəməsi “Paşa Yatırım Bankası"nın istiqrazları delistinq edilib.Bu barədə BFB məlumat yayıb.Məlumatda deyilir ki, qiymətli kağızlar tədavül müddəti bitdiyinə görə listinqdən xaric edilib.Nominal dəyəri 1 000 ABŞ dollarından 25 min istiqraz (25 milyon dollarlıq) 1 917 gün tədavüldə olub. Onların illik gəlirliyi 4,85% təşkil edib. -0-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz