Vedant Patel
ABŞ bildirib ki, Gürcüstan Rusiyaya uçuşları bərpa edərsə, "əlavə tədbirlər" görəcək
Vaşinqton/17.05.23/Turan: ABŞ Gürcüstan və Rusiya arasında hava əlaqəsinin mümkün bərpasına cavab olaraq "əlavə addımlar" ata bilər.
"Biz vəziyyəti yaxından izləməyə davam edəcəyik və zərurət yaranarsa əlavə addımlar atacağıq", - çərşənbə axşamı Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Georgian Airways-in bu həftə Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarı ilə bağlı Turan-ın sualının cavabında deyib.
Əgər Rusiya və Gürcüstan arasında birbaşa reyslər olarsa, bu, təkcə ABŞ və digər Qərb ölkələrində yox, həm də Gürcüstanın hava limanlarından kənarda fəaliyyət göstərən və sanksiyalara məruz qalan təyyarələrə xidmət edən şirkətlər üçün böyük narahatlıq yaradacaq, Patel deyib.
"Bütün Qərb birliyi Rusiya Federasiyasından uzaqlaşıb və biz hesab edirik ki, hazırda Rusiya ilə qarşılıqlı əlaqələri genişləndirməyin vaxtı deyil. Biz açıq şəkildə bildirdik ki, bir çox Qərb ölkəsinin etdiyi kimi, Rusiya təyyarələrinin bizim hava məkanına daxil olmasını qadağan etmişik", - o vurğulayıb.
Xatırladaq ki, ötən həftə Kreml Gürcüstana uçuş qadağasını aradan qaldırıb və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Çərşənbə axşamı Tbilisidə onlarla adam bu addıma etiraz olaraq aksiya keçirib. 0
-
- Maliyyə
- 17 May 2023 11:04
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz