Mikhail Pavlovich Matveev
ABŞ rusiyalı hakerin barəsində informasiyaya görə 10 milyon dollar təklif edir
Vaşinqton/17.05.23/ Turan: Çərşənbə axşamı Bayden administrasiyası bildirib ki, haker proqramlarının köməyilə ABŞ-ın mühüm infrastruktur obyektlərinə və hüquq-mühafizə orqanlarına hücumlarda əli olan Rusiya vətəndaşı təqib edilir, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Bu gün Dövlət Departamenti Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin həbsinə və ya mühakimə olunmasına kömək edəcək informasiyaya görə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 10 milyon dollara yaxın mükafat elan edir",- Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
Miller qeyd edib ki, Matveyev ABŞ hüquq-mühafizə orqanlarına, müəssisələrə və bütün dünyada mühüm infrastruktura haker hücumlarında iştirak edib.
Çərşənbə axşamı açıqlanan iki ittiham aktında ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Matveyevin 2020-ci ildən bütün dünyada minlərlə ünvana hücum etmək üçün onun və digər hakerlərin istifadə etdiyi üç əsas proqram variantının-LockBit, Hive və Babukun yaradılmasında əli var. ABŞ Maliyyə Nazirliyi Matveyevə maliyyə sanksiyaları da tətbiq edib. 0
-
- Siyasət
- 17 May 2023 11:23
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz