Açiq məmbələrdən foto.
ABŞ Helsinki Komissiyası Azərbaycan, Rusiya və Macarıstanda jurnalistlərə qarşı təzyiqlərə son qoyulmasına çağırır
Vaşinqton/02.05.20/Turan: 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Alsi L.Hastinqs və Komissiyanın həmsədri senator Rocer Viker bəyanatla çıxış ediblər:
“Bu görünməmiş dövrdə jurnalistlərin və KİV işçilərinin sərbəst və cəza təhlükəsi olmadan çalışa bilməsi hər zaman olduğundan daha vacibdir”, - Hastinqs deyib.
“Təəssüf ki, jurnalistlər bütün ATƏT regionunda həbsxanadadır, Rusiya, Azərbaycan və Macarıstan kimi ölkələr COVID-19 pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər.
Müstəqil KİV guya yalan, ictimaiyyəti çaşdıran və ya qeyri-rəsmi məlumatlara görə cəza adı altında hücumlara məruz qalır.
“Bütün dünyada jurnalistlər həqiqəti söyləmək üçün öz təhlükəsizliyini, bəziləri isə hətta həyatını riskə atırlar”, - senator Viker deyib. Ümumdünya Mətbuat Azadlığı Günündə demokratiyanın təməl daşı olan və istənilən sağlam cəmiyyətdə daima qorunmalı olan azadlığa hörmətlə yanaşırıq. İndi heç vaxt olmadığı kimi bütün ATƏT dövlətlərini bu fundamental azadlığı dəstəkləməyə çağırıram”.
Jurnalistləri Müdafiə Komitəsinin son məlumatlarına görə, dünyada 250 jurnalist öz işinə görə həbs edilib, 64 jurnalist itkin düşüb, 1992-ci ildən bu yana 1339 jurnalist öldürülüb.02D-
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz