Açiq mənbələrdən foto.
ABŞ İlham Əliyevin Qarabağ separatçılarına amnistiyanın mümkünlüyü barədə sözlərini alqışlayır və eskalasiyadan çəkinməyə çağırır
Vaşinqton/31.05.23/Turan: Çərşənbə axşamı ABŞ Dövlət Departamenti bu həftə Kişinyovda Ermənistan və Azərbaycan arasında gözlənilən danışıqlar ərəfəsində bəyanatla çıxış edərək dinc səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq", - mətbuat katibi Metyu Millerin bəyanatında deyilir. "Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür", - o qeyd edib.
Dövlət Departamenti xatırladıb ki, bu yaxınlarda sülhə sadiq olduğuna görə baş nazir Paşinyana təşəkkürünü bildirib və "biz amnistiya məsələsinə baxılması ilə bağlı prezident Əliyevin son fikirlərini alqışlayırıq".
"Ermənistan və Azərbaycan liderləri bu həftə Kişinyovda bizim avropalı tərəfdaşlarımızla görüşəcəklər və ümid edirik ki, bu, zorakılıq yolu ilə yox, danışıqlar masası arxasına oturmaqla həmin məsələlərin həlli istiqamətində məhsuldar addım olacaq", -bəyanatda deyilir.
Bəyanat həmçinin eskalasiyadan çəkinməyə çağırır. "Aqressiv ritorika yalnız keçmişin zorakılığını əbədiləşdirə bilər. Konstruktiv dialoq həm ictimai, həm də özəl dialoq kimi sülh, imkanlar və ümid yarada bilər", - Miller deyib.
"Birləşmiş Ştatlar hər iki tərəfin davamlı və layiqli sülh sazişinin bağlanması üzrə səylərini dəstəkləməyə hazırdır", - o vurğulayıb.
Xatırladaq ki, mayın 28-də Laçında İlham Əliyev Qarabağ separatçılarını istefaya getməyə və Azərbaycanın qanunlarını tanımağa çağırıb. Belə olduğu halda onlar amnistiyaya ümid edə bilər, - o deyib.-0-
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz