ABŞ kəşfiyyatı: Ukrayna təyyarəsi İranın iki raketi ilə vurulub
Bakı/10.01.20/Turan: İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boinq” təyyarəsi bir İran raketi ilə deyil, iki raket ilə vurulub. Amerikanın CNN və ABC telekanalları Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat veriblər.
Yanvarın 8-də baş vermiş qəza nəticəsində təyyarədəki 176 nəfərin hamısı həlak olub.
CNN-dəki mənbəyə görə, hər iki raket “Top” zenit-raket kompleksindən atılıb. O əlavə edib ki, ABŞ İran radarının təyyarəni vurmadan öncə hədəfə aldığını qeydə alıb.
ABŞ kəşfiyyatı əmindir ki, İran radarın köməyilə Ukrayna təyyarəsini izləyib və onu vurmaq üçün iki “yer-hava” raketi atıb.
Bundan öncə Kanada və Böyük Britaniyanın baş nazirləri xüsusi xidmət orqanlarının məlumatına istinadən bildirmişdilər ki, təyyarə Rusiyada hazırlanmış İrana məxsus “Top” ZRK tərəfindən vurulub.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz