Açiq mənbələrdən foto.
ADR Azərbaycan səfirliyinə hücum edənlərin Bakıya təhvil verilməsini tələb edir
Bakı/05.08.22/Turan: Azərbaycan Demokratiya və Rifah Partiyası avqustun 4-də dini radikalların Azərbaycanın Londondakı səfirliyinə hücumunu pisləyən bəyanat yayıb.
Səfirlik binası və ərazisi beynəlxalq hüquqi normalara və kovensiyalara görə toxunulmazdır və Azərbaycanın hüquqi suveren ərazisi hesab olunur. "Cinayət əməli Azərbaycanın suveren ərazisi sayılan səfirlikdə baş verdiyindən cinayətkarlar Azərbaycan qanunları ilə mühakimə edilərək cəzalandırılmalıdır".
Partiya Azərbaycan XİN-i Böyük Britaniya hakimiyyətindən hücum iştirakçılarının Azərbaycan hakimiyyətinə təhvil verilməsini tələb etməyə çağırıb. 06B
-
- Söz istəyirəm
- 5 Avqust 2022 14:10
-
- Maliyyə
- 5 Avqust 2022 14:36
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz