Matias Lüttenberq
Almaniya Azərbaycanı və Ermənistanı dayanıqlı həllə çağırıb
Bakı/10.11.21/Turan: Almaniya münaqişənin dayanıqlı həlli üçün Azərbaycan və Ermənistanı öz səylərini gücləndirməyə çağırıb. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq “Twitter”də yazıb.
“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan bir il sonra biz Azərbaycan və Ermənistanı atəşkəs rejiminə tam riayət etməyə və hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olaraq münaqişənin dayanıqlı həlli üçün öz səylərini gücləndirməyə çağırırıq”, - deyə Matias Lüttenberq qeyd edib. -16D-
-
- Söz istəyirəm
- 10 Noyabr 2021 13:29
-
- Cəmiyyət
- 10 Noyabr 2021 13:44
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz