
Açiq mənbələrdən foto.
Bakı/02.05.23/Turan: Azərbaycana mina axtarışı üçün xüsusi təlim keçmiş daha beş it gətirilib. Bu barədə çərşənbə axşamı Azərbaycan Milli Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov jurnalistlərə bildirib.
O xatırladıb ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə saziş imzalanıb, bu saziş çərçivəsində Azərbaycana mina axtarışı təlimi keçmiş itlər göndərilib. Bu sazişdə nəzərdə tutulan sonuncu 5 it indi gətirilib.
Xatırladaq ki, ümumilikdə Marşal İrsi İnstitutu Azərbaycana mina axtarışı təlimi keçmiş 70 itin hədiyyə olaraq veriləcəyini bildirmişdi.
* 10 noyabr 2020-ci il tarixində Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan SQ-nin basdırdığı minaların partlaması nəticəsində Azərbaycan tərəfdən 299 hərbiçi və dinc sakin xəsarət alıb. Onların 55 nəfəri ölüb, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 03В06
Rəy yaz