Apellyasiya Məhkəməsi NİDA fəalını həbsdə saxlayıb
Bu gün Bakı Apellyasiya məhkəməsi NİDA hərəkatının fəalı Rəşad Həsənovun şikayətini təmin etməyib və onu həbsdə saxlayıb.
Vəkil Əsabəli Mustafayevin Turan-a verdiyi məlumata görə, Həsənov prosesdə bildirib ki, indiyədək nədə ittiham olunduğunu bilmir.
Həsənov martın 14-də qanunsuz partlayıcı maddə saxlamaq ittihamı ilə həbs edilib. Mayın 30-da Nəsimi rayon məhkəməsi onun həbs müddətini üç ay uzadıb.
Həsənov mart-aprel aylarında həbs edilmiş 7 NİDA fəalından biridir. Bütün həbs edilənlər Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb. -16B06-
-
- Cəmiyyət
- 6 İyun 2013 19:16
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz