Azərbaycan 300-dən çox erməni separatçısını axtarışa verib /YENİLƏNİB/
Bakı/01.0.23/Turan: Azərbaycan ağır cinayətlər törətməkdə təqsirləndirilən 300-dən çox erməni separatçısını axtarışa verib, Baş prokuror Kamran Əliyev bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, əvvəlki dövrlərdə, kinci Qarabağ müharibəsi zamanı, axtarışa verilmiş bir neçə nəfər saxlanılıb və barələrində artıq hökmlər çıxarılıb.
* * *
2023 Oktyab 01 (Bazar) 11:40:05
Qarabağ separatçılarının liderləri azad edilməyəcək - Azərbaycanın baş prokuroru
Bakı/01.10.23/Turan: Qarabağın keçmiş “prezidenti” Arayik Arutyunyan və ordunun keçmiş komandanı Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib. Bu barədə bu gün jurnalistlərə Azərbaycanın baş prokuroru Kamran Əliyev məlumat verib.
O, keçmiş separatçı liderlər - Arkadi Qukasyanın və Bakı Saakyanın taleyi barədə heç nə deməyib.
Son günlər Ermənistan tərəfi hazırkı “prezident” Samvel Şahramanyanın separatçı liderlərə amnistiya verilməsi ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb. -0-
-
- Aktual Reportaj
- 1 Oktyabr 2023 00:18
-
- Siyasət
- 1 Oktyabr 2023 16:00
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz