
Azərbaycan ağır atletləri Ermənistanı tərk edib
Bakı/15.04.23/Turan: Ağır atletika üzrə Azərbaycan yığması aprelin 15-də səhər İrəvandan yola düşüb və avtobusla Gürcüstana gəlib. Bu barədə şənbə günü günortadan sonra Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Komandanın Tbilisidən təyyarə ilə Bakıya gəlişi şənbə günü axşam saatlarında gözlənilir.
Komanda İrəvanda keçirilən Avropa çempionatını aprelin 14-də açılış mərasimində yarışın təşkilat komitəsinin üzvlərindən birinin Azərbaycanın bayrağını yandırmasından sonra tərk edib. -0-
-
- Cəmiyyət
- 15 Aprel 2023 20:01
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz