![Azərbaycan-Ermənistan sülh prosesi davam edir, Vaşinqtonda yeni görüş gözlənilir](https://turan.az/resized/media/2023/main/091200066524-750-500-resize.webp)
Azərbaycan-Ermənistan sülh prosesi davam edir, Vaşinqtonda yeni görüş gözlənilir
Vaşinqton/12.09.23/Turan: Azərbaycanla Ermənistan arasında sülh prosesi (ABŞ-ın dəstəklədiyi) davam edir, - bazar ertəsi Dövlət Departamentinin iki yüksək vəzifəli rəsmisi Qarabağda gərginliyin artması fonunda bildirib.
Bu barədə jurnalistlərə məlumat verən məmurlar xatırladıblar ki, bir neçə ildir ki, Bayden administrasiyası ədalətli, möhkəm və davamlı sülh həll yolu tapmağa çalışır və bu proses dayanmır. "Tərəflər dialoqu davam etdirmək üçün Vaşinqtona qayıtmağa hazırdırlar", - mənbə qeyd edib.
"Vaşinqtonda görüşlərin üç raundu oldu. Avropada da digərləri oldu və ruslar bir neçə danışıq apardılar", - Dövlət Departamentinin nümayəndəsi deyib.
ABŞ "çox aydın şəkildə bildirdi" ki, möhkəm sülhə nail olmaq üçün ilk addım Qarabağdakı humanitar vəziyyəti həll etməkdir. "Oradakı vəziyyətdən çox narahatıq və bunun mümkün olan bütün yollarla həllinə diqqəti yönəltdik", - dugər yüksək vəzifəli məmur deyib.
Onların sözlərinə görə, son bir neçə gündə ABŞ "bütün səviyyələrdə" danışıqlar aparıb: ötən həftə sonu dövlət katibi Entoni Blinken həm prezident İlham Əliyevlə, həm də baş nazir Nikol Paşinyanla danışıb.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri kim ötən həftə iki dəfə Azərbaycanın xarici işlər naziri Bayramovla söhbət edib.
« Və bu yalnız həftə sonu idi... Bu, çox mürəkkəb məsələlər kompleksi üzrə irəliyə doğru yol tapmağa yönəlmiş davamlı, intensiv səylər idi", - məmur deyib və əlavə edib ki, ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bono hər gün bütün tərəflərlə əlaqə yaradır və dəfələrlə regiona səfər edib.
Vaşinqton "ardıcıl olaraq" Laçın dəhlizinin kommersiya, humanitar və özəl hərəkətə açılmasına çağırıb. “Biz bunu açıq şəkildə bildirmişik. Biz həmçinin yüklərin çatdırılması üçün digər dəhlizlərin və dmarşrutlarının açılmasına tərəfdarıq”.
Bakının mövqeyi ondan ibarət idi ki, əgər Ağdam yolundan istifadə olunarsa, Laçını yenidən açacaqlar. "Biz belə bir sövdələşmənin və ya onun şərtlərinin necə olacağı ilə bağlı heç bir göstəriş vermirik, lakin istənilən sövdələşməni asanlaşdırmaq üçün əlimizdən gələni edirik, çünki əsas məqsədimiz humanitar yardımın alınmasıdır”, - məmur deyib.
“Razılaşma olmadığı təqdirdə yaxın günlərdə zorakılıq baş verə bilərmi?” sualına məmur cavab verib ki, "biz heç bir əlamət görmədik və eşitmədik".
Dağlıq Qarabağda mövcud humanitar vəziyyətə gəlincə, "ABŞ-da aclıqdan və ya yetərincə qidalanmamaqdan ölüm halları barədə məlumat yoxdur".
Məmurlar həmçinin ermənilərə qarşı "soyqırım" törədilməsi barədə bəyanatlara reaksiya verərək bunu təsdiq edə bilməyəcəklərinə işarə ediblər.
ABŞ da hesab edir ki, məsələ Qərbdə və Rusiyada deyil. "Rusiyanın bu regionda tarixi var. Biz Rusiyanı sıxışdırmağa çalışmırıq", - məmur bu prosesdə Moskvanın rolu ilə bağlı Turan-ın sualının cavabında deyib.
"Hər iki tərəf əzmlidir. Onlar əvvəlkitək bu prosesi sona çatdırmağa sadiqdirlər. Sülhə nail olmaq üçün siyasi iradə var", - Dövlət Departamentinin nümayəndəsi fikrini yekunlaşdırıb. 0
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 410
Rəy yaz