Açiq mənbələrdən foto.
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviavasitələri təlimlərdə mürəkkəb döyüş manevrlərini icra ediblər
Bakı/16.09.23/Turan: Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri pilotların peşəkarlığının daha da artırılması və uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Əsasən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Müdafiə Nazirliyi təlimlərdən videokadrlar yayıb.- 06B-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz