president.az
Azərbaycan İtaliya şirkətlərinə azad edilmiş ərazilərdəki layihələrdə iştirak etməyi təklif edir
Bakı/09.12.20/Turan: Azərbaycan artıq Vətən Müharibəsi zamanı azad edilmiş ərazilərin bərpası üzrə ilk müqavilələri imzalayıb. Bu müqavilələr Türkiyə şirkətləri ilə imzalanıb, bu da təbiidir, belə ki, Türkiyə qardaş ölkədir.
Ümid edirəm ki, növbəti müqavilələr İtaliya şirkətləri ilə imzalanacaq. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Biz müharibə zamanı sizin mövqeyinizin şahidi olduq, parlamentinizin nümayəndə heyəti dərhal gəlib ziyan dəymiş şəhərlərə baş çəkdi. Biz bu həmrəylik və dəstək jestini qiymətləndiririk, deyə İlham Əliyev bildirib. -0-
Siyasət
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
Rəy yaz