koronavirusinfo.az
4403 nəfər COVİD-19-a yoluxub, 42 nəfər vəfat edib
Bakı/09.12.20/Turan: Bir gün ərzində Azərbaycanda COVİD-19-a 4403 yeni yoluxma faktı aşkar edilib. 2911 nəfər sağalıb, 42 nəfər vəfat edib, bu barədə çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Azərbaycanda infeksiyaya yoluxanların ümumi sayı 158 555 nəfərə çatıb, 96 330 nəfər sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60470 nəfər təşkil edir.
Son bir gün ərzində Azərbaycanda 19066 test aparılıb. -0-
Cəmiyyət
-
Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.
-
Elon Mask, texnologiya milyarderi və X (əvvəlki adıyla Twitter) platformasının sahibi, dövlət rəsmilərinin mental hazırlığı ilə bağlı debatları yenidən gündəmə gətirərək vəzifə sahibləri üçün zəka testlərinin keçirilməsini təklif edib. Musk-ın bu təklifi, 81 yaşlı ABŞ konqresmeni Key Qrencerin küçədə azaraq sonradan demensiya xəstələri üçün nəzərdə tutulmuş qocalar evinə yerləşdirilməsindən sonra irəli sürülüb.
-
Dekabrın 22-də "Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.
-
Dekabrın 24-də paytaxtda yağıntı gözlənilmir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək.
Rəy yaz