Azərbaycan Ukraynaya humanitar yardım edib - V. Zelenski

Bakı/26.02.22/Turan: Azərbaycan Ukraynaya humanitar yardım edib, Ukrayna dövlətinin lideri Vladimir Zelenski bildirib.

“Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan prezidenti İlham Əliyevlə söhbətim olub. Təqdim olunan humanitar yardıma və dərmanlara görə təşəkkür edirik. Dəstəyinizə görə təşəkkür edirik”, – Zelenski Twitter-dəki mikrobloqunda yazıb.—06B

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti