Açiq mənbələrdən foto.
Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyalarının iclasları sərhədin müxtəlif hissələrində keçiriləcək
Bakı/21.07.23/Turan: Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində delimitasiya üzrə komissiyaların iclaslarını keçirəcək, deyə "Sputnik-Ermənistan" Baş nazirin müavini Mher Qriqoryanın ofisinə istinadən xəbər verir.
Bundan əvvəl xəbər verilmişdi ki, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə “bir sıra təşkilati və prosedur məsələləri” müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə iyulun 12-də Tavuş rayonu və Qazax rayonu ərazisində görüş keçirmək barədə razılığa gəliblər.
"Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində sərhəddə görüşlərin keçirilməsi qərara alınıb", - deyə Qriqoryanın ofisinin şərhində deyilir.
Komissiyanın əvvəlki iclası noyabrın 3-də Brüsseldə olub. 06D
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz