mod.gov.az
Azərbaycan və Qazaxıstan "2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"nı təsdiqləyiblər
Bakı/06.10.23/Turan: Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında "2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
Sənədi oktyabrın 6-da Bakıda iki ölkənin müdafiə nazirləri Zakir Həsənov və Ruslan Jaksılıkov imzalayıblar. Bu barədə Azərbaycan Müdafiə Naziliyi bildirib.
Görüş zamanı Xəzər dənizinin Azərbaycan sektorund iki ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təliminin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin ordu quruculuğunda qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.06В
-
- Cəmiyyət
- 6 Oktyabr 2023 16:16
Siyasət
-
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın silah almaqdan imtina etməsilə bağlı prezident İlham Əliyevin tələbini rədd edib.
-
Yanvarın 8-də İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Əhmədian İranın ali lideri əli Xamenei və prezident Məsud Pezeşkianın salamlarını əliyevə çatdırıb.
-
Yanvarın 8-də Səbail Rayon Məhkəməsində “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclas zamanı Orucovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldırıblar. Lakin vəsatət təmin edilməyib.
-
Yanvarın 8-də dövlət basçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti bildirib. O, AZAL-ın təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvar olduğunu bildirib.
Prezident kimlərə hansı mesajı verdi? – Elxan Şahinoğlu Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 18:02
- 350
Rəy yaz