Açiq mənbələrdən foto.
Azərbaycan XİN Argentina səfirini etiraz notası təqdim edib
Bakı/11.09.23/Turan: Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi sentyabrın 11-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüş zamanı, Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr 2023-cü il tarixində Nyu Delhi şəhərində G20 Sammiti zamanı Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.
XİN "Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin" təəssüf doğurduğunu bildirilib.
Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib. 0
-
- Cəmiyyət
- 11 Sentyabr 2023 17:00
Siyasət
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.
-
Çərşənbə günü Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Brüsseldə NATO Hərbi Komitəsi Baş Qərargah rəisləri formatında keçirilən iclasda iştirak edib.
-
“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana ekstradisiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bir həftə müddətinə dayandırılıb. Bu barədə Gürcüstan Sosial Ədalət Mərkəzinin rəhbəri, Sadıqovun hüquqi müdafiəsini həyata keçirən Tamta Mikeladze Facebook-da yazıb.
Azərbaycan-Qərb və Azərbaycan-Rusiya münasibətləri. Münasibətlər hara istiqamətlənib? – Nahid Cəfərov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 160
Rəy yaz