Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Qasımov mühacirətdə vəfat edib
Bakı/29.01.20/Turan: Azərbaycanın keçmiş XİN rəhbəri, İsveçrənin Lutsern şəhərində siyasi mühacirətdə olan Tofiq Qasımov 82 yaşında vəfat edib. Bu barədə məlumatı T.Qasımovun yaxın dostu, Müsavat Partiyasının fəalı Mirbaba Babayev yayıb.
“Tofiq Qasımov Azərbaycanın görkəmli siyasi xadimlərindən və 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində milli demokratik hərəkatın liderlərindən biri olub. Ən çətin dövrlərdə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
İxtisasca fizik-alim olan T.Qasımov siyasi mübarizəyə qoşulub və Müsavat Partiyasını bərpa edənlərdən biri olub. Onun vəfatı Müsavat Partiyası, demokartik düşərgə, eləcə də Azərbayan xalqı üçün böyük itkidir”, - Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.
Onun sözlərinə görə, yaxın saatlarda dəfnin vaxtı və yeri məlum olacaq.
Tofiq Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. 1989-cu ildə Xalq Cəbhəsinin yaradıcılarından biri olub, təşkilatın İdarə Heyətinin üzvü olub. 1992-93-cü illərdə T.Qasımov Xalq Cəbhəsi hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri postunu tutub.
1995-ci ilin sentyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin işi üzrə dövlət çevrilişinə cəhdə çağırış ittihamı ilə həbs olunub. 1996-cı il fevralın 22-də beynəlxalq təzyiq altında azadlığa buraxılıb. Sonradan Azərbaycanı tərk edib və İsveçrədə siyasi sığınacaq alıb.–06D-
Siyasət
-
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.
-
Dekabrın 7-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Yığıncaqda partiya başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın cari vəzifələri mövzusunda məruzə ilə çıxış edib.
-
Freedom Now hüquq-müdafiə təşkilatı Azərbaycanda müstəqil mətbuata təzyiqlərin dayandırılması tələblərinə qoşulub.
-
"Sərhədsiz reportyorlar" mətbuatı müdafiə təşkilatı “Meydan” TV-nin əməkdaşlarının həbsini pisləyib. Təşkilatın X platformasındakı hesabında yayılan məlumatda deyilir: "Sərhədsiz reportyorlar" bu yeni həbsləri pisləyir, onları və uydurma ittihamlarla rüsvayçı şəraitdə saxlanılan digər 13 jurnalisti dərhal azad etməyə çağırır".
Həbslər, çağırışlar və reaksiyalar... – Azər Qasımlı ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 11:43
- 396
Rəy yaz