Azərbaycanla əməkdaşlıq etmək lazımdır - Robert Koçaryan
Bakı/28.09.22/Turan: "Azərbaycan istədiyi zaman qarabağlılar üçün çıxılmaz vəziyyət yarada bilər və bu, Qarabağ hakimiyyəti üçün niyə Azərbaycanla əməkdaşlıq etməli olduğunun daha bir izahı olar". Bu barədə çərşənbə günü Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib.
Onun sözlərinə görə, gələcək danışıqlar prosesi Bakı və Stepanakert, müəyyən dərəcədə Moskva arasında aparılacaq. Koçaryan hesab edir ki, "Qarabağ hakimiyyəti müəyyən dərəcədə bu vəziyyətlə barışıb".
"Bu gün Rusiyanın Azərbaycanla müttəfiqlik münasibətləri var və Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyata başlaya biləcəyini düşünmək gülüncdür, belə bir şey olmayacaq", deyə o qeyd edib.
Zəngəzur mövzusuna toxunan Koçaryan vurğulayıb ki, İranla hərbi əməkdaşlıq gücləndirilməlidir. "Biz Sünikdə İranla minimum iki hərbi təlim keçirməli idik. Bu, Azərbaycan üçün ən böyük çəkindirici amil olardı", deyə Koçaryan bildirib.
O, Ermənistanın KTMT-dən çıxması haqqında çağırışları axmaqlıq adlandırıb.
Koçaryan iddia edir ki, 2021-ci ilin mayında İran tərəfi hərbi əməkdaşlığa dair danışıqlar aparırdı, amma Ermənistan hakimiyyəti onları dondurub.
Türkiyənin qarşısının alınmasına gəlincə, Koçaryan əmindir ki, bu gün buna nə Rusiyanın, nə ABŞ-ın, nə Fransanın gücü çatmaz. Bu ölkələrin liderlərinin "milli maraqların müdafiəsi üzrə master-klass nümayiş etdirən" Türkiyə lideri Erdoğana təsiri yoxdur. 02D
-
- İqtisadiyyat
- 28 Sentyabr 2022 13:45
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz