Açiq mənbələrdən foto.
Böyük Britaniya səfirliyi Azərbaycanı İstanbul konvensiyasına qoşulmağa çağırıb
Bakı/09.08.21/Turan: Böyük Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırır. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin məlumatında bildirilir.
"Biz son ayda 9 qadının ailə zorakılığı nəticəsində ölümü, eləcə də Sevinc Məhərrəmovanın qətlə yetirilməsi barədə xəbərlərdən olduqca narahatıq.
Qadınların heç biri məişət zorakılığının qorxusu altında yaşamamalıdır və hər bir qız öz təhlükəsizliyini dərk edərək böyüməlidir.
Belə halların düzgün araşdırılması və məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin təmin edilməsi çox vacibdir.
Böyük Britaniya gender bərabərliyini dəstəkləyir və Azərbaycanı məişət zorakılığı faktlarına son qoymaq üçün İstanbul konvensiyasını imzalamağa çağırır", - səfirliyin məlumatında bildirilir.
Rəsmi Bakı hələlik bu bəyanata reaksiya verməyib.-03D-
-
- Cəmiyyət
- 9 Avqust 2021 16:51
-
- Aktual Reportaj
- 9 Avqust 2021 17:32
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz