![Фарадж Гулиев](https://turan.az/resized/750/500/resize/media/2018/main/082000012562.jpg)
Фарадж Гулиев
Deputat hökumətin qiymət artımı siyasətini tənqid edib
Bakı/20.08.12/Turan: Son vaxtlar bir sıra rüsum və yığımların, ictimai nəqliyyatda gediş haqqının və indi də premium-klass benzinin qiymətinin artırılması əhalinin vəziyyətinə təsir edəcək. Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı Fərəc Quliyev Ai-95, Aİ-98 markalı benzinlərin bahalaşmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, büdcənin qiymət artımı hesabına doldurulması vəziyyətdən çıxış yolu deyil, alternativ yollar axtarılmalıdır.
O qeyd edib ki, metro və avtobus nəqliyyatında gediş haqqının artırılması, istehlak bazarında bahalaşma əhalinin maddi vəziyyətini pisləşdirir.
Quliyev neft hasilatı olan ölkədə benzinin bahalaşmasının anlaşılmaz olduğunu hesab edir.
Onun fikrincə, ixrac qiymətlərinin artması aydın məsələdir. Amma neftin qiyməti sabit olan bir vaxtda ölkə daxilində qiymətin artırılmasının heç bir məntiqi izahı yoxdr və bu, "xalqın cibinə girməkdən" başq bir şey deyil.
O, Aİ-92 benzininin bahalaşmasının qətiyyən yolverilməz olduğunu bildirib.
"Bu, səhv olardı. Belə bir addım atsalar, mütləq pensiyaları, əmək haqlarını artırmaq, təzminat nəzərdə tutmaq lazım gələcək ki, xalq bundan əziyyət çəkməsin", deyə Quliyev bildirib.
Avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqın 50 faiz bahalaşıb. Avqustun 19-da yanacaqdoldurma məntəqələrində Aİ-95 və Aİ-98 benzininin qiyməti 20 və 6 faiz bahalaşıb. Bundan başqa, hökumət bir sıra rüsumları artırıb. -05B06-
-
- İqtisadiyyat
- 20 Avqust 2018 12:18
-
- Söz istəyirəm
- 20 Avqust 2018 12:27
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz