Açiq mənbələrdən foto.
Dövlət Departamenti Bakıda dinc etiraz aksiyasının zorla dağıdılmasına reaksiya verib
Vaşinqton/17.05.22/Turan: Vaşinqton Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkan verməyə çağırır. Bu barədə Turan-ın Amerika müxbiri məlumat verib.
"Dinc etirazlar açıq siyasi sistemin elementidir. Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik", deyə Dövlət Departamentinin nümayəndəsi çərşənbə axşamı Turan-ın mayın 14-də Bakıda dinc etiraz aksiyası zamanı zorakılıq haqqında sorğusuna cavabda bildirib.
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökuməti KİV-in təhlükəsizliyini təmin etməyə və jurnalistlərin öz işlərini zorakılıq, təhdid və ya bilavasitə saxlanılmaqdan qorxmadan yerinə yetirmək imkanını qorumağa çağırırıq", deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib. 25B
-
- Cəmiyyət
- 17 May 2022 23:44
Siyasət
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəy yaz