![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2023/main/091200066526-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Dövlət Departamenti: Ermənistandakı hərbi təlimlər ABŞ-ın Qarabağda vasitəçiliyinə təsir etmir
Vaşinqton/12.09.23/Turan: Bazar ertəsi ABŞ bildirib ki, Ermənistanda keçirilən birgə hərbi təlimlərlə əlaqədar Azərbaycanla Ermənistan arasında özünün vasitəçiliyində "heç bir fəsad" görmür, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Biz burada hər hansı fəsad görmürük", - Dövlət Departamentinin yüksək vəzifəli məmurları jurnalistlərə bildiriblər.
«Eagle-Partner 2023» adlı təlimlərdə 175 erməni və 85 amerikalı əsgər iştirak edir. Təlimlərdə məqsəd Ermənistanın 12-ci sülhməramlı briqadasını NATO standartlarına uyğunlaşdırmaqdır.
Dövlət Departamentinin nümayəndəsi Metyü Miller bu təlimlərin Ermənistanda keçirilməsinə görə Rusiyanın narazılığı ilə bağlı Turan-ın sualına cavabında deyib: "Rusiyanın özünün iki qonşusunun ərazisini işğal etdiyini nəzərə alsaq, o, region ölkələrinə təhlükəsizlik haqqında mühazirə oxumamalıdır".
Miller həmçinin deyib ki, hərbi təlimlər hər hansı konkret hadisəyə cavab olaraq yox, "bizim silahlı qüvvələrimiz arasında hazırlığı və əməliyyat uyğunluğunu dəstəkləməyə” yönəlmiş təlim çərçivəsində həyata keçirilir.
“Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır və 2003-cü ildən Müdafiə Nazirliyinin dövlət tərəfdaşlığı proqramı çərçivəsində Kanzas Milli Qvardiyası ilə möhkəm əlaqələr qurub. Odur ki, bunlar adi təlimlərdir və hər hansı digər tədbirlərlə əlaqəli deyil", - o deyib. 0
Siyasət
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
-
2025-ci ildə Rusiyada miqrasiya siyasəti sahəsində qanunvericilik sərtləşdirilib. Yeniliklərdən biri də əcnəbilərin vizasız qalma müddətinin 180 gündən 90 günə endirilməsidir.
-
Fevralın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 61-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 342
Rəy yaz