DQMŞ Əli Kərimlinin azad edilməsi uğrunda mübarizəyə başlayacaq
Bakı/18.11.18/Turan: Noyabrın 17-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfdarlarının Şəhidlər Xiyabanına ziyarətinə polis müdaxiləsi nəinki qanunsuzdur, həm də mənəviyyatsız addımdır. Şəhidlərin məzarını ziyarət hansısa dövlət orqanının icazəsi ilə ola bilməz. Korrupsiyaya uğramış hakimiyyətdən başqa bir şey gözləmək mümkün deyil. Bu barədə DQMŞ lideri Cəmil Həsənli bugünkü mətbuat konfransında Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanına gedən müxalifət liderlərinin kütləvi saxlanması ilə bağlı bildirib.
Onun sözlərinə görə, polisin hərəkəti ölkənin siyasi rəhbərliyi və şəxsən prezident İlham Əliyev tərəfindən razılaşdırılıb.
C.Həsənli xatırladıb ki, saxlanılanlar arasında o və AXCP lideri Əli Kərimli də olub.
Onlar vəkillərin iştirakı olmadan izahatnamə yazmaqdan imtina ediblər.
C.Həsənlini saat 23.00-a yaxın buraxıblar.
Ə.Kərimli və digər 7 nəfər hələ buraxılmayıb.
C.Həsənlinin sözlərinə görə, DQMŞ Ə.Kərimlini və digər saxlanılanları bütün qanuni vasitələrlə müdafiə edəcək.
Hazırda Ə.Kərimliyə qarşı inzibati hüquq pozuntusu - toplaşma keçirilməsi qaydalarının pozulması irəli sürülüb.
Bu ittihamla o, xəbərdarlıq və ya cərimədən sonra buraxıla bilər və ya 2 ayadək həbs edilə bilər.
C.Həsənli hesab edir ki, hakimiyyət çoxdan Ə.Kərimlinin həbsi üçün təxribat hazırlayıb.
Belə ki, hələ 2015-ci ildə Nardaran hadisələrilə ilə bağlı həbs olunanlardan Ə.Kərimliyə və DQMŞ-yə qarşı ifadə alıblar. Bundan əlavə, 2016-cı ildə Türkiyədə çevriliş cəhdi baş tutmayandan sonra hakimiyyət AXCP və Ə.Kərimlini Fətullah Gülən ilə əlaqələndirməyə cəhd edib. Sonra AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı həbs edilib. Bu ilin mayında AXCP-nin qanunsuz maliyyələşdirilməsi il bağlı yeni iş başlayıb, C.Həsənli bildirib.
Əgər Ə.Kərimli həbs olunarsa, DQMŞ bütün qanuni vasitələrlə onun azadlığa buraxılmasına nail olacaq, o cümlədən sosial şəbəkələrdə və İnternetdə kampaniyaya başlayacaq.
C.Həsənli deyib ki, bu gün saat 15:00-a yaxın Ə.Kərimli vəkil ilə görüşməliydi. Ya bu gün, ya da bazar ertəsi Ə.Kərimli məhkəmə qarşısına çıxacaq.-06D--
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz