Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən çıxıb
Bakı/17.11.18/Turan: Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Sona Vəliyevanın bu qurumdan çıxmasını təsdiqləyib.
Onun sözlərinə görə, S.Vəliyeva bir müddət öncə MTRŞ üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına müraciət edib.
"Prezident S. Vəliyevanın istefa ərizəsini qəbul edib. Onun səlahiyyətləri noyabrın 15-dən bitir", - N.Məhərəmli Turan-a bildirib.
Qeyd edək ki S.Vəliyevanın MTRŞ üzvü təyin edilməsi barədə sərəncam 2013-cü il noyabrın 14-də verilib. O 6 müddətinə təyin edilmişdi.
S. Vəliyeva Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır. -05B06-
Siyasət
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
Rəy yaz