17 noyabr Milli Dirçəliş Günüdür
Bakı/17.11.18/Turan: 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.
1988-ci il noyabrın 17-də Lenin adına meydanda (indiki "Azadlıq" meydanı) Dağlıq Qarabağda separatçılar tərəfindən Azərbaycanın suverenliyinin pozulması ilə bağlı respublika və ittifaq hakimiyyətlərinin fəaliyyətsizliyinə etiraz olaraq fasiləsiz mitinq başlamışdı.
Yüz minlərlə insan iki həftə fasiləsiz olaraq Moskvadan Qarabağda erməni separatizminə son qoyulmasını tələb etdi.
Dekabrın 4-dən 5-nə kecən gecə ittifaq hakimiyyəti mitinq iştirakçılarına qarşı cəza tədbirləri həyat keçirdi, nəticədə onlarla adam yaralandı, bir nəfər həlak oldu.
Bununla belə, mitinq güclü hərəkatın başlanğıcını qoydu və bu 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndi.
1992-ci ildən 17 dekabr Milli Dirçəliş Günü Günü kimi qeyd olunur. 2006-cı ilin sonunadək bu bayram qeyri-iş günü idi. Lakin 2006-cı ilin sonunda parlament onu qeyri-iş günləri siyahısından çıxardı.
Bu günün böyük əhəmiyyət daşımasına baxmayaraq, indiki hakimiyyət heç bir tədbir keçirmir.
Hətta bu il bu mühüm hadisələrin 30 illiyi ilə bağlı dövlət səviyyəsində heç bir tədbir keçirilmir.
Xalqın azadlığının simvolu olan "Azadlıq" meydanı çoxdan mitinqlər üçün qadağan edilib. İndi burada ancaq hərbi paradlar, şou-konsertlər, "Formula-1" yarışları keçirilir.06D-
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz