Paşinyan Lukaşenko və Nazarbayevdən açıqlama tələb edir
Bakı/17.11.18/Turan: Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Belarus və Qazaxıstan prezidentlərindən KTMT baş katibi ilə bağlı bəyanatları barədə açıqlama tələb edir.
Paşinyan bildirib ki, Lukaşenko Azərbaycan səfiri ilə görüşündə Astanada KTMT ölkələri liderlərinin qapalı görüşünün məzmununu açıqlayıb.
Öz növbəsində Qazaxıstan prezidenti bildirib ki, KTMT-nin yeni baş katibi Belarus nümayəndəsi olmalıdır, lakin Ermənistan bu postda özünü görmək istəyir, ancaq il başa çatmaq üzrədir, bir şey edə bilməyəcək.
"Mən Belarus prezidentindən açıqlama tələb edirəm. Və təkcə ondan yox. Qazaxıstan prezidenti də bizim razılaşmalara zidd bəyanatlar verib. O, bağlı qapılar arxasında keçirilən görüşdən sonra KTMT-nin yeni baş katibinin Belarus nümayəndəsi olması barədə bildirib", - Paşinyan noyabrın 16-da Yerevanda jurnalistlərə deyib.
O xatırladıb ki, "heç kimin belə bəyanatlarla çıxış etmək hüququ yoxdur, çünki KTMT-də qərarlar konsensus prinsipi üzrə qəbul olunur, biz (erməni tərəfi) isə bu məsələyə dair öz mövqeyimizi artıq bəyan etmişik".
KTMT baş katibi postuna namizədlik dekabrın 6-da Sankt-Peterburqda müəyyən ediləcək.02D-
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
Rəy yaz