Açiq mənbələrdən foto.
Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da döyüşlər zamanı altı hərbçinin həlak olduğunu etiraf edib
Bakı/19.11.21/Turan: Noyabrın 19-da Ermənistan Müdafiə Nazirliyi məlumat verib ki, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı altı erməni hərbçi həlak olub. Onların arasında bir leytenant, dörd muzdlu və bir sıravi var.
Bundan öncə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, bir nəfər həlak olub, 13 nəfər əsir, və 24 nəfər itkin düşüb.
Ermənistan hərbi idarəsinin nümayəndəsi polkovnik Boris Avaqyan bildirib ki, həlak olan iki nəfər Azərbaycan tərəfdədir və onların erməni tərəfə göndərilməsi məsələsi həll olunur. Onun sözlərinə görə, əsirlikdə olan ermənilərdən biri yaralanıb və Bakıda əməliyyat olunacaq.
Noyabrın 16-da Azərbaycan tərəfdən 7 hərbçi həlak olub, 10 nəfər yaralanıb. -02D
-
- İqtisadiyyat
- 19 Noyabr 2021 11:12
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz