Ermənistanın yeni iqtisadiyyat naziri Azərbaycanla əməkdaşlıqdan danışıb
Bakı/29.11.20/Turan: Ermənistanın yeni təyin olunmuş iqtisadiyyat naziri Vaqan Kerobyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının faydalılığı barədə bildirib.
"Sərhədlərin açılması geniş imkanlar yaradacaq: bizim ixracatçılar öz məhsullarını Rusiyaya və digər ölkələrə indiyədək olduğundan daha rahat yollarla ixrac edə biləcəklər. Türkiyə limanları açılacaq və bir çox geniş imkanlar veriləcək. Bəlkə də Azərbaycan bazarı bizim üçün, bizim bazarımız da Azərbaycan üçün açılacaq və bundan istifadə edə biləcək adamlar lazım olacaq", - o deyib.
Nazirin sözlərinə görə, onlar müvafiq proqram hazırlamaq niyyətindədir və bu proqram regionun deblokadasından sonra yaranacaq rifahdan istifadə etmək imkanı verəcək. -0-
-
- Kənd təsərrüfatı
- 29 Noyabr 2020 21:11
-
- Analitika
- 29 Noyabr 2020 21:43
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz