Paris/17.11.18/Turan: "Fransa Dağlıq Qarabağ Respublikasını tanımır və özünü onun rəhbərləri hesab edənlərlə heç bir münasibət saxlamır", - Fransa XİN-in nümayəndəsi bildirib.
Bundan öncə Ermənistan KİV məlumat yaymışdı ki, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) rəhbəri Bako Saakyan Fransada səfərdədir.
Bu səbəbdən Azərbaycan XİN bildirib ki, Saakyanın Fransaya səfəri Bakını Paris ilə münasibətlərə yenidən baxmağa məcbur edir.
"Fransa qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. O, özünü onun rəhbərləri kimi təqdim edənlərlə münasibət saxlamır", - qurumun nümayəndəsi qondarma DQR rəhbərinin Fransaya səfərinin Azərbaycanda etiraza səbəb olması ilə bağlı jurnalistin sualının cavabında deyib.
"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, məsələnin sülh yolu ilə və dayanıqlı həllinin tapılması üzərində çalışır, öz vasitəçilik missiyasını qərəzsiz yerinə yetirir", - RİA-Novosti XİN nümayəndəsindən sitat gətirib.
Xatırladaq ki, bundan öncə Azərbaycan XİN bəyanat yayaraq Fransanı ikili standartlarda ittiham edib və bu səbəbdən Azərbaycanın bu ölkə ilə münasibətlərinə yenidən baxmalı olacağını bildirib.-02D-
Siyasət
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
Rəy yaz