
Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
Bakı/23.11.17/Turan: Fransanın Alforvil şəhər bələdiyyəsinin Qarabağ separatçılarının nümayəndələri ilə imzaladığı dostluq xartiyası heç bir hüquqi qüvvəyə malik deyil.
Fransa səfirliyindən Turan-a daxil olan məlumata görə, bununla bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin şərhində deyilir: "Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq. Hökumət Alforvil bələdiyyəsinin imzaladığı "xartiya"ya riayət etməyə məcbur deyil". -06D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz