![Fransada azərbaycanlı bloggeri öldürməyə cəhddə ittiham olunan iki nəfər həbs edilib](https://turan.az/resized/media/2022/main/061400046971-750-500-resize.webp)
Fransada azərbaycanlı bloggeri öldürməyə cəhddə ittiham olunan iki nəfər həbs edilib
Bakı/14.06.22/Turan: İyunun 14-də səhər saatlarında Fransa polisi Anje şəhəri yaxınlığında iki nəfəri həbs edib. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, onlar bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinirlər.
Bu iki şəxs çərşənbə axşamı gömrük əməkdaşları tərəfindən saxlanılıb. Biri tapança ilə silahlanmış azərbaycanlı, o biri türk əsilli moldovalıdır. Hər ikisi Polşada qeydiyyatda olan avtomobildə olub. Onların GPS-i bloqqerin ev ünvanını göstərib, telefonlarında isə onun şəkli var. Onlardan biri əvvəllər 2018-ci ildə Kiyevdə adam oğurluğuna görə həbs edilib. Bu şəxslərin adları açıqlanmır.
Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelie deyib ki, hər şey Məhəmməd Mirzəliyə üçüncü sui-qəsdin hazırlandığını göstərir.
Həbs edilənlərin birisinin əlində Kalaşnikov avtomatı olan profilindəki şəkildə: “Mən buradayam” yazılıb. Uzun müddətdir Azərbaycan rəhbərliyini kəskin tənqid edən blogger deyir ki, o hər gün, xüsusən də YouTube-da bu tip mesajlar alır.
Mirzəliyə artıq iki sui-qəsd, o cümlədən 2021-ci ilin martında Nantın mərkəzində (bıçaqlanma) olub. Aprelin sonunda bu hücuma görə üçü Azərbaycandan olan dörd kişi məhkum edilib.
Fransa məhkəmələrində bloggerə qarşı Azərbaycan prezidentinin yaxınları tərəfindən iddialar qaldırılıb. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, ötən həftə ölkənin keçmiş iqtisadiyyat nazirinin müavininin ona qarşı açdığı böhtan iddiası rədd edilib.-02D-
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz