Açiq mənbələrdən foto.
Gədəbəy rayonuna yeni icra başçısı təyin olunub
Bakı/11.08.22/Turan: Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu vəzifə 2021-ci il oktyabrın 5-də əvvəlki icra başçısı İbrahim Ənvər oğlu Mustafayev vəzifədən azad edildikdən sonra boş idi.
Mürsəlov bu vəzifəyə təyin edilənə qədər Prezident Administrasiyasının Təşkilat Şöbəsində işləyirdi, Gədəbəy də daxil olmaqla, qərb regionunun rayonlarını kurasiya edirdi. 06D
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz