Председатель парламента Грузии Ираклий Кобахидзе
Gürcüstan parlamentinin sədri Azərbaycana səfərini yarımçıq dayandırıb
Bakı/21.06.19/Turan: Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycana rəsmi səfərini yarımçıq dayandıraraq Gürcüstana qayıdıb.
Bu barədə Kobaxidzenin kabineti məlumat yayıb.
Gürcüstan parlamentinin sədrinin iyunun 20-də Azərbaycana səfəri başlayıb. O, səhər saatlarında Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Bundan sonra İrakli Kobaxidze Gürvcütanda yaranan insidentlə bağlı səfəri təxirə salıb.
İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozub. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.
Gürcüstan prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarımçıq dayandıraraq Tbilisiyə qaydıb. -03D-
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz