Hakimiyyət Milli Şuranın şənbə mitinqinə icazə verib

Bakı/15.01.19/Turan: Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) yanvarın 19-na təyin etdiyi mitinqə icazə verib. Aksiya paytaxtın Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda olacaq.

Mitinq Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılması, qanunsuz yollarla əldə edilərək offşorlara ötürülmüş pulların Azərbaycana qaytrarılması tələbilə keçiriləcək.

Aksiya saat 15.00-dan 17.00-dək keçiriləcək. -16D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti