Hakimiyyət zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görəcək
Bakı/06.02.19/Turan: Zəlzələ zonasına - Şamaxı rayonuna gələn FHN rəhbəri Kəmaləddin Heydərov bildirib ki, dövlət başçısı İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Onun sözlərinə görə, qəza vəziyyətində olan evlərin sakinləri müvəqqəti olaraq başqa yerlərə yerləşdiriləcək. Dövlət təmir-bərpa işlərinin aparılması üçün yardım ayıracaq, deyə o bildirib.
Qeyd edək ki, Respublika Seysmologiya Mərkəzinin məlumatına görə, fevralın 5-dən etibarən ölkə ərazisində beş zəlzələ qeydə alınıb. İlk təkanlar saat 23:19-da Pirqulu qəsəbəsi yaxınlığında 4 bal gücündə baş verib. Episentrdə təkanların gücü beş bal təşkil edib. Son təkanlar saat 04:25-də yenə Pirqulu yaxınlığında qeydə alınıb, amma gücü daha az olub. -02D-
-
- Maliyyə
- 6 Fevral 2019 13:52
-
- İqtisadiyyat
- 6 Fevral 2019 15:30
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz