Heydər Əliyevin vəfatının 16-cı ildönümünü
Bakı/12.12.19/Turan: Dekabrın 12-i səhərdən Fəxri Xiyabana gedən küçələr bağlanıb. Vətəndaşların eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməsi ilə əlaqədar nəqliyyatın hərəkəti dayandırılıb. Bu gün H.Əliyevin vəfatının 16-cı ildönümüdür.
Öncə dövlət başçısı İlham Əliyev və ailə üzvləri məzarı ziyarət ediblər. Sonra hökumət üzvləri, parlamentin deputatları, dövlət qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri məzarın önünə çiçək və çələnglər qoyublar.
Bunun ardınca Fəxri Xiyaban gün ərzində məzaza çiçək gətirəcək digər vətəndaşlar üçün açılıb.
Ənənəvi olaraq, həmin gün səhər saat 8:00-dan paytaxtın Xiyabana gedən yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İlk növbədə bunlar Parlament prospekti və ona bitişik küçələrdir.-02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz