
Hikmat Hajiyev and Karen Donfried
Hikmət Hacıyev Vaşinqtonda görüşlər keçirir
Vaşinqton/06.06.22/Turan: İyunun 6-da axşam Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevlə görüşü keçiriləcək. (Görüş Bakı vaxtı ilə gecə yarısı keçiriləcək).
Görüş mətbuat üçün qapalı olacaq. Dövlət Departamenti gündəlik haqqında hər hansı təfərrüat açıqlamır, xəbəri Turan-ın Vaşinqton müxbiri verib. -25B-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz