Hulusi Akar.
Hulusi Akar: “Qarabağda Monitorinq Mərkəzində 60 türkiyəli hərbçi çalışacaq”
Ankara/22.12.20/Turan: Dağlıq Qarabağda vəziyyətə nəzarət mərkəzinin tikintisinə dair razılaşma reallaşır və Türkiyə oraya 60 hərbçi göndərib. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar çərşənbə axşamı NTV telekanalına bildirib.
"Hazırda bizim personaldan 60 nəfər Azərbaycandadır. Mərkəzin tikintisi ilə bağlı bütün razılaşmalar əldə olunub və tikintiyə dair bəzi məsələlərin həlli qalır. Bizim adamlar ruslarla bir yerdə işləyəcəklər. Onların orada qalma müddətini Rusiya tərəfi ilə danışacağıq", - o bildirib.
Xatırladaq ki, Monitorinq Mərkəzi Qarabağda nizamlanma üzrə 10 noyabr tarixli üçtərəfli saziş çərçivəsində yaradılır. Mərkəz Dağlıq Qarabağa bilavasitə bitişik Ağdamda tikilir. Orada barışıq şərtlərinin yerinə yetirilməsinə nəzarət edən Rusiya və Türkiyə hərbçiləri çalışacaqlar. -02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz